Əməkdar artist: Utanmırsan, məni niyə parodiya edirsən? - VİDEO

24 Yanvar 2019 16:04 (UTC+04:00)

ARB TV-nin “Səhər-Səhər” proqramına müsahibə verən Əməkdar artist Cavanşir Məmmədov onu parodiya edənləri qınayıb:

“Bu mümkün olan şey deyil ki, məni, səni parodiya etsin, sənə də ləzzət etsin. O yalandır. 2 variant var. Ya gərək durub çıxıb gedəsən, ya da çıxıb səhnəyə deyəsən ki, utanmırsan, məni niyə parodiya edirsən? Sənin özünü parodiya edən lazımdır. Mənlə Firüzə xanımı parodiya edəndə məndən dublyonkamı, üzüyümü, saatımı istəmişdilər. Mən də dedim ki, verə bilmərəm. Aktyordu o, səhnədə tərləyəcək. Sonra da kimyavi təmizləmədə tükləri töküləcək. Özümü onlardan yaxşı tanıyıram. Bilirəm ki, nə etsələr də gülməli alınmayacaq. Nə var budur. Bunun nəyini parodiya edirsən?”

AzNews.az