Məşhur aktyor Erkan Canın qardaşı evində ölü tapıldı

24 Yanvar 2019 17:30 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin məşhur aktyoru və rejissoru Erkan Canın 74 yaşlı qardaşı Ömer Can Bursa şəhərində tək yaşadığı evində ölü tapılıb.

Ömer Canın şübhəli ölümü ilə bağlı polis araşdırma aparır.

Ömer Canın qonşuları onun haqqında belə deyib:

“Qonşular tərəfindən çox sevilən biri idi. Dünən birlikdə çay içdik. Özünü yaxşı hiss etmədiyini deyirdi”.

Nigar CƏFƏR

AzNews.az