BŞİH müxalifətin 26 yanvar mitinqinə razılıq vermədi

24 Yanvar 2019 17:45 (UTC+04:00)

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

"Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək" - deyə, R.Əhmədli bildirib.

Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.(report.az)

© AzNews.az