“Bentley” eksklüziv model təqdim edəcək

24 Yanvar 2019 17:59 (UTC+04:00)

Dünyanın ən nüfuzlu avtomobil markalarından biri – Britaniyanın “Bentley” şirkəti özünün 100 illik yubileyini eksklüziv modelin buraxılması ilə qeyd edəcək.

Məhdud şəkildə istehsal ediləcək “Continental GT” modeli martın 5-də Cenevrə avtosalonunda təqdim olunacaq.

Yubiley maşınları tünd yaşıl rəngli gövdələri və radiator qəfəsi üzərinə vurulmuş “9” rəqəmi ilə fərqlənəcək. “Blower Bentley” 1930–cu ildə “Le-Mane”də bu nömrə altında çıxış edib və dövrəni qətetmə üzrə rekord müəyyən edib. Bundan əlavə, “doqquz” ədədi yüzilliyin illərinin rəmzi ola bilər: 1919-2019.

“Bentley” yüzüncü ildönümünün bayram edilməsi çərçivəsində brendin tarixindən və gələcəyindən söz açan kitab da nəşr etdirəcək. Kitabda əsas diqqət ən ötən əsrin 20-ci illərində “Le-Mane”dakı qələbələr, markanın məşhur modelləri, habelə bu şirkəti yaradan insanlar üzərində cəmləşdiriləcək.(AZƏRTAC)

© AzNews.az