Hollandiya klubu tanınmış baş məşqçi ilə yollarını ayırır

24 Yanvar 2019 20:17 (UTC+04:00)

Hollandiyanın "Feyenoord" klubu baş məşqçisi Covanni van Bronkorstla yollarını ayırır.

44 yaşlı mütəxəssis mövsümün sonunda Rotterdam təmsilçisindəki vəzifəsini tərk edəcək.

Qeyd edək ki, Covanni van Bronkorst 2015-ci ildən "Feyenoord"a rəhbərlik edir. O, 2016-2017 mövsümündə uzun fasilədən sonra komandanı ölkə çempionu edib. (report)

AzNews.az