Milli Şura FETÖ-nün "1 dollar" metodundan istifadə edir - FOTOFAKT

24 Yanvar 2019 20:29 (UTC+04:00)

Milli Şura və tərəfdarları Azərbaycanı xaosa sürükləmək üçün Fətullah Gülənin terror təşkilatının metodlarından istifadə edir.

AzNews.az xəbər verir ki, dünəndən başlayaraq Milli Şura tərəfdarları üzərinə 22 mart 2019-cu il tarixini "inqilab günü" kimi təqdim edən yazılar yazılmış 1 manatlıq əskinaslar yayırlar.

Bu, 15 iyul 2016-cı ildə FETÖ-çülərin Türkiyədə gerçəkləşdirməyə cəhd göstərdikləri dövlət çevrilişi ərəfəsində 1 ABŞ dollarından istifadə etməsini xatırladır.

Görünür, Milli Şuradakılar Fətullah Gülənlə əlaqələrini daha gizlətmək istəmirlər.

Məlum olduğu kimi, Türkiyədə 15 iyul çevriliş cəhdindən öncə istifadə olunan şifrəli 1 dollarları Fətullah Gülən üfləmişdi, görəsən, Milli Şuranın yaydığı 1 manatları kim üfləyib, tilsimləyir: Əli Kərimli, Cəmil Həsənli, yoxsa Gültəkin Hacıbəyli?

AzNews.az