Böyük Britaniya Xuan Quaydonu dəstəklədiyini bildirdi

24 Yanvar 2019 21:20 (UTC+04:00)

Böyük Britaniya hökuməti Venesuelanın demokratik yolla seçilmiş Milli Assambleyasını (parlament) və onun sədri, müxalifətin lideri Xuan Quaydonu dəstəkləyir.

Bunu Böyük Britaniyanın Baş nazirinin sözçüsü bildirib.

“2018-ci ilin prezident seçkiləri nə azad, nə də ədalətli olub, rejimin köklü qüsuru yalnız gücə əsaslanmasıdır", - deyən rəsmi Venesuela hökumətinin ABŞ ilə diplomatik əlaqələri kəsməsini yolverilməz adlandırıb.

“Böhranın həlli səfirin deportasiyası yox, barışçı və diplomatik yollar tapmaqla mümkündür”, - o vurğulayıb. (report)

AzNews.az