Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı- Yenilənib

19 Aprel 2013 11:19 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyi Bakıda səhər saatlarında baş verən zəncirvarı qəza ilə bağlı məlumat yayıb. AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes", "Nissan" və "Mitsubishi" markalı 3 minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 4 nəfər qəzada xəsarət alıb və deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb. Hadisə şahidlərinin sözlərinə görə, 1 nəfər ölüb və xilasedicilər çatana kimi aidiyyəti üzrə aparılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

*** 11:19
Bakıda baş verən zəncirvari yol qəzasında xəsarət alanlardan biri ölüb.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə nəticəsində aldığı xəsarətlə xəstəxanaya daxil olan bir nəfər dünyasını dəyişib. Ölən şəxsin adı hələlik məlum deyil.

Qəzada aldığı xəsarətlə xəstəxanaya daxil olan digər 5 nəfərin müalicəsi davam etdirilir.

Onların vəziyyəti ağır olduğu üçün şəxsiyyətlərini müəyyənləşdirmək hələlik mümkün olmayıb

*** 09:16
AzNews.az-ın hadisə yerinə olan əməkdaşının verdiyi məlumata görə, Bakı dairəvi yolunda beş maşın toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisinin qarşısında baş verən qəzada ilkin məlumatlara görə, 6 nəfər xəsarət alıb. Qəza yerinə polis əməkdaşları, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Azər
AzNews.az