Azərbaycanda qızıl ucuzlaşdı

24 Yanvar 2019 22:33 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yanvarın 24-də qızılın qiyməti yanvarın 23-ü ilə müqayisədə 3,0515 manat azalaraq 1 unsiya üçün 2178,822 manat təşkil edib.

Gümüş 0,0824 manat ucuzlaşaraq 1 unsiya üçün 26,052 manata bərabər olub.

Platinin qiyməti 9,741 manat artaraq 1353,625 manat, palladiumun qiyməti isə 9,758 manat artaraq 2293,9375 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az