AŞPA milli azlıqlara dair qətnamə qəbul etdi

25 Yanvar 2019 09:28 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) milli azlıqların hüquqlarının təşviq edilməsi adlı qətnamə qəbul edib.

Qətnamədə bildirilir ki, milli azlıqların müdafiə edilməsi insanlar arasında bərabərliyə zəmanət vermək, sosial və siyasi, stabilliyi, eləcə də demokratiyanın təhlükəsizliyini qorumaq, Avropada mədəni müxtəlifliyi inkişaf etdirmək baxımından böyük əhəmiyyətə malikdir. Assambleya bir daha üzv dövlətləri milli azlıqların ehtiyacları ilə yaxından maraqlanmağa və onları müsbət şəkildə həll etməyə, Konvensiyada göstərilən hüquqları da daxil olmaqla, bütün hquqlarını təmin etdiməyə çağırır.

Assambleya üzv ölkələrə milli azlıqlara dair Konvensiyanı, ərazisində milli azlıqların yaşamadığı halda belə ratifikasiya etməyi tövsiyə edir.(report.az)

© AzNews.az