“Mənə "Sonsuzsan" deyənlər gəlib öpüb qucaqlayırlar məni".
AzNews.az xəbər verir ki, bunu müğənni Kərim Abbasov Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişdə deyib. Sənətçi verilişdə ailə həyatı qurduqdan sonra yaxınları tərəfindən aşağılandığını bildirib:
“Yadları qoyuram bir kənara, qohumların "Sən sonsuzsan, kişi deyilsən" kimi sözlərlə adamı sındırmasını Allah heç kimə göstərməsin. Bu hissləri mən keçmişəm, əzilmişəm. Amma çox şükür, 6 ildən sonra övladım oldu. İndi baxırsan ki, mənə "Sonsuzsan" deyənlər gəlib öpüb qucaqlayırlar məni".
Qeyd edək ki, Kərim Abbasov ikinci dəfə ailə həyatı qurub. Onun bu evlilikdən Yusif adlı oğlu var.
AzNews.az