Məşhur baş məşqçi Çin yığmasından getdi

25 Yanvar 2019 10:44 (UTC+04:00)

İtaliyalı mütəxəssis bu addımı Asiya Kubokunun 1/4 finalında İrana 0:3 hesabı ilə uduzduqları oyundan sonra atıb. O, müqaviləsi bitdiyi üçün yığmadan ayrıldığını bildirib.

Daha əvvəl Lippi klubların baş məşqçisi olmaq istəmədiyini açıqlayıb. 71 yaşlı mütəxəssis 2019-cu ildə məşqçilik karyerasına son verməsinin mümkünlüyünü də dilə gətirib.

Qeyd edək ki, Marçello Lippinin rəhbərliyi altında İtaliya millisi 2006-cı ildə dünya çempionu olub.(report.az)

© AzNews.az