Gəncədə ticarət mərkəzi yandı

25 Yanvar 2019 11:00 (UTC+04:00)

Hadisə Gəncənin Yeni Gəncə qəsəbəsində üç mərtəbəli ticarət mərkəzində səhər saat 5 radələrində qeydə alınıb.

"Ucuzluq TM" adı ilə tanınan üç mərtəbəli tikilinin birici mərtəbəsi əşyalarla birlikdə yanaraq kül olub. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Mağaza sahiblərindən biri əşyaları çıxarmaq üçün şüşə qapını sındırmaq istəyərkən sağ qolunu yaralayıb.

Xəsarət alan şəxs ambulator müayinədən sonra evə buraxılıb.

© AzNews.az