Qobustan qoruğunda odlu silah aşkar edildi

25 Yanvar 2019 11:46 (UTC+04:00)

Qobustan qoruğunda tapança tapılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Qaradağ Rayon Mühafizə Şöbəsi və 11-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə tədbir keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Qobustan Milli tarixi Bədii Qoruğunun ərazisindən sellofana bükülmüş 1 ədəd tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

AzNews.az