Tulsi Qabbard seçkiqabağı kampaniyaya başladı

25 Yanvar 2019 11:55 (UTC+04:00)

Nümayəndələr Palatasının Havay ştatından olan üzvü Tulsi Qabbard ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürür.

Qabbard bu barədə yanvarın 24-də öz Twitter səhifəsində yerləşdirilmiş video vasitəsilə məlumat verib.

Qabbard 15 il Milli Qvardiyada xidmət edib və iki dəfə İraqa ezam edilib. O, Konqresin aşağı palatasının Xarici İşlər Komitəsinin üzvüdür. ABŞ-ın suveren dövlətlərin işlərinə hərbi müdaxilə siyasətinə qarşı prinsipial mövqedən çıxış edən Qabbard 2017-ci ildə Suriya Prezidenti Bəşər Əsəd ilə görüşdüyünə görə kəskin tənqidə məruz qalıb.

Qeyd etmək lazımdır ki, Qabbard hələ 2017-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Nümayəndələr Palatasının üzvləri – Kaliforniyadan Deyvid Valadao və Nyu-Cersidən Frenk Pallon ilə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edib və beləliklə, həm Azərbaycan qanunlarını, həm də ABŞ-ın rəsmi xarici siyasət prinsiplərini pozub.(AZƏRTAC)

© AzNews.az