2 avtomobil toqquşdu - sürücünün biri öldü

25 Yanvar 2019 12:03 (UTC+04:00)

Bakı şəhərində nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Hadisə nəticəsində Əhmədov Şamil Şiraz oğlu dünyasını dəyişib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Əhmədov Şamil Şiraz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az