Coşqun Rəhimov Cavanşir Məmmədova əsəbiləşdi - "İndi ayılmısan?"

25 Yanvar 2019 12:20 (UTC+04:00)

Əməkdar artist Cavanşir Məmmədovla “Bu şəhərdə” teatrı arasında qalmaqal baş verib.

AzNews.az xəbər verir ki, sənətçi bu barədə ARB-nin “Səhər-səhər” verilişində deyib. O, bunun səbəbini sözü gedən teatr heyətinin 2010-cu ildə keçirdiyi konsert proqramında Coşqun Rəhimovun onu parodiya etməsidir. Sənətçi ondan əsəbiləşdiyini bildirib:

"Sənin özünü parodiya edən lazımdır. Mənimlə Firüzə xanımı parodiya edəndə məndən dublyonkamı, üzüyümü, saatımı istəmişdilər. Mən də dedim ki, verə bilmərəm. Aktyordu o, səhnədə tərləyəcək. Sonra da kimyəvi təmizləmədə tükləri töküləcək. Ya gərək durub çıxıb gedəsən, ya da çıxıb səhnəyə deyəsən ki, utanmırsan, məni niyə parodiya edirsən?".

“Bu şəhərdə” isə Cavanşir Məmmədovun cavabını gecikdirməyib: “2010-cu ildəki parodiyaya reaksiya verən Cavanşir Məmmədov indi ayılmısan?".

Bahar RÜSTƏMLİ

AzNews.az