Anasına inanılmaz bənzərliyi ilə diqqət çəkdi - FOTO

25 Yanvar 2019 13:10 (UTC+04:00)

Dünyaca məşhur ulduz Beyonce və qızı Blue Ayvi uzun müddətli təqiblərdən sonra paparazzilərin obyektivinə tuş gəlib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ana-balanı Los-Anceles küçələrində gəzərkən çəkiblər. İnsanların diqqətini isə Blue Ayvinin getdikcə anasına bənzəməsi olub. Hətta sosial şəbəkədə bir nəfər Beyonsenin uşaqlıq fotosunu taparaq, Blue Ayvi ilə müqayisə də edib.

Bu müqayisəni isə Beyonse özü şəxsi İnstagram hesabında da paylaşıb:

"Kimsə 7 yaşımda çəkdiyirdiyim foto ilə 7 yaşlı Blue Ayvini müqayisə edib. Mənim övladım böyüyür", - Beyonse belə yazıb.

Bir çox izləyicilər qızcığazın 49 yaşlı atasına da bənzədiyini deyiblər.

Cütlüyün həmçinin Rumi və Sera adlı əkiz uşaqları da var.

Fəridə Abdulla

AzNews.az