“Ermənistandan 10 milyard dollar çıxarılıb” - Ekspert

25 Yanvar 2019 13:41 (UTC+04:00)

"Ermənistandan əvvəlki hökumətlər dövründə, yəni 2004-2013-cü illər ərzində xaricə 10 milyard ABŞ dolları məbləğində aktivlər çıxarılıb".

Bu barədə “Transparency İnternational” (“Beynəlxalq Şəffaflıq”) təşkilatının korrupsiya məsələləri üzrə eksperti Xaçiq Harutyunyan bildirib.

O, bu hallarla səmərəli mübarizə aparmaq, çıxarılan maddi ehtiyatları geri qaytarmaq üçün ölkədə struktur islahatları həyata keçirərək yalnız korrupsiya məsələlərinə baxacaq vahid istintaq qurumu yaratmağın vacib olduğunu diqqətə çatdırıb.

“Hüquq mühafizə orqanlarının fəaliyyətində şəffaflığa nail olunmalıdır”, – ekspert vurğulayıb.(report.az)

© AzNews.az