Putin Paşinyanı qəbul etmədi?

25 Yanvar 2019 14:31 (UTC+04:00)

Rusiyaya səfər edən Ermənistan Baş naziri Nikol Paşinyan həmkarı Dmitri Medvedyevlə görüşəcək.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Axşam saatlarında Ermənistana qayıdacaq Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmır.

Bundan əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov açıqlama verərək bildirmişdi ki, Putin və Paşinyan tez-tez telefonda danışırlar və hələlik belə bir görüşə ehtiyac yoxdur.(teleqraf.com)

© AzNews.az