ABŞ səfirliyi "Oskar" mükafatına namizəd olan meksikalı aktyor Xorxe Antonio Herreronun viza üçün müraciətinə 3 dəfə "yox" cavabı verib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən aktyor fevralın 24-də Los-Ancelesin "Dolby" teatrında keçiriləcək 91-ci "Oskar" mərasimini buraxmalı olacaq.
İdarənin əməkdaşları düşünür ki, o, ABŞ ərazisində iş taparaq, sonradan oranı tərk etməyəcək.
Qeyd edək ki, aktyor Alfonso Kuaronun "Roma" filmində baş qəhrəmanın sevgilisi obrazını canlandırıb. Bu film 10 nominasiyada mükafata namizəddir.
Daha əvvəl Herrero 2018-ci ildə ABŞ-a turist kimi səyahət etmək istəsə də, ona viza verilməmişdi.
Fəridə Abdulla
AzNews.az