“İki ölkə arasında münasibətlər genişlənməkdə davam edir” - Britaniya səfiri

25 Yanvar 2019 15:16 (UTC+04:00)

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) bu ölkənin Azərbaycanla ticari-iqtisadi münasibətlərinə təsir etməyəcək.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər genişlənməkdə davam edir:

“Hazırda qeyri-neft sektorunun kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə iş aparılır”.

Səfir əlavə edib ki, aprel ayında ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. 4-5 aprel tarixində planlaşdırılan iclas zamanı əməkdaşlıq üzrə dəstək tələb olunan sektorlar müəyyən ediləcək.

Qeyd edək ki, Böyük Britaniya bu il martın 29-u Avropa İttifaqını tərk etməlidir.(trend.az)

© AzNews.az