Yunan fermerlər yolu bağladılar

25 Yanvar 2019 15:49 (UTC+04:00)

Yunanıstanın Serre bölgəsinin fermerləri Bolqarıstanla sərhəddə “Kulata-Promaxon” yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.

Etiraz aksiyasına səbəb Yunanıstanla Makedoniya arasında imzalanan Prespa sazişidir. Fermerlər bu aksiya vasitəsilə narazılıqlarını hökumətə çatdırmağa çalışırlar. Bolqarıstan Xarici İşlər Nazirliyi etiraz aksiyası ilə əlaqədar sərhəddə tıxacların yaranması barədə məlumat yayıb.(AZƏRTAC)

© AzNews.az