Trampın sabiq müşaviri tutuldu

25 Yanvar 2019 16:05 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri, siyasi məsləhətçi Rocer Stoun Florida ştatında həbs olunub.

O, xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi barədə apardığı istintaq çərçivəsində saxlanılıb.

İlkin məlumatlara görə, R.Stoun beş halda yalan ifadə verməkdə, eləcə də ədalətin bərqərar olmasına mane olmaqda və şahidlərin ifadələrini dəyişdirməkdə ittiham olunur.(report.az)

© AzNews.az