“Mədəkiçiltmə əməliyyatı etdirmişdim. Çəkimdən razı qalmadım”.
AzNews.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyeva - “Toppuş bacı” deyib. Müayinə olunan aktrisa səhhətinin normal olduğunu vurğulayıb:
“Müayinəyə gəlmişəm. Hər şey qaydasındadır. İllər öncə əməliyyat etdirdim, amma çəkimdən razı qalmadım. Ona görə yenidən həkim Tariyel Ömərova müraciət etdim. Ünvanım səhv olmadı, 130 kiloqramla gəldim, hazırda 75 kilo çəkidəyəm. 55 kq arıqlamışam".
Tünzalə Əliyevanın sözlərinə görə, mədəkiçiltmə əməliyyatının xərçəng xəstəliyi ilə əlaqəsi olmayıb:
“Arıqlamağımın, mədəkiçiltmə əməliyatımın xərçəngə tutulmağımla heç bir əlaqəsi yoxdur. Xərçəngə 5 il öncə tutulmuşdum”.
AzNews.az