BMT sülhməramlılarına hücum olub - Ölənlər var

25 Yanvar 2019 17:05 (UTC+04:00)

BMT-nin Malidə Sabitləşmə Missiyasına (MİNUSMA – United Nations Multidimensional İntegrated Stabilization Mission in Mali) məxsus karvan ölkənin Duentza şəhəri yaxınlığından keçərkən minanın partlaması nəticəsində 2 sülhməramlı hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə BMT missiyasının məlumatında bildirilib.

Qeyd edək ki, MİNUSMA missiyası Malidə tuareql üsyanından sonra vəziyyəti sabitləşdirmək məqsədilə 2013-cü ilin 25 aprel tarixində təyin olunub.(report.az)

© AzNews.az