Bakı-Sumqayıt qatarlarında gediş haqqı dəyişdirilir - CƏDVƏL

25 Yanvar 2019 17:09 (UTC+04:00)

28 yanvar 2019-cu il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcəkdir.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcəkdir.

İstiqamət

Tarif (manatla)

(ƏDV daxil olmaqla)

Ekonom

Biznes

Plastik kartla

çap olunmuş

biletlə

Plastik kartla

çap olunmuş

biletlə

Bakı-Sumqayıt (Sumqayıt-Bakı)

1,0

1,10

2,00

2,10

Bakı-Biləcəri (Biləcəri-Bakı)

0,40

0,50

1,60

1,70

Bakı-Xırdalan (Xırdalan-Bakı)

0,60

0,70

1,80

1,90

Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri)

0,40

0,50

1,20

1,30

Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri)

0,80

0,90

1,80

1,90

Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan)

0,60

0,70

1,60

1,70

© AzNews.az