Məşhur aktrisanın dəfnində dava düşdü- FOTO

25 Yanvar 2019 17:46 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cənazə törəninə gələn bir çox şəxs aktirsa Demet Evgar, Ceren Moray, Işıl Yücesoyla şəkil çəkdirmək istəyib.

Şəkil çəkdirmək istəyinə cavab verməyən Demet Evgara bir qadın “Salam belə vermirsiniz. Necə insanlarsınız siz? Nə olacaq uşaq sizlə şəkil çəkdirsə” deyib. Demet Evgar səssizliyini qorusa da Işıl Yücesoy “Biz bura şəkil çəkdirməyə gəlməmişik. Deyəsən siz onun üçün gəlibsiniz. Bizim dərdimiz var” deyib.

Qadın daha sonra əsəbiləşərək “Jurnalistlər çəkəndə nəsə demirsiniz, bizə deyirsiniz” deyə bağırmağa başlayıb.

Nigar CƏFƏR
AzNews.az