Türkiyə Suriyadakı PKK mövqelərini vurdu

25 Yanvar 2019 17:26 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın Tel Rifat bölgəsinə 20-də artıq raket atıb.

““Mynet” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, raket atəşi nəticəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının Tel Rifatdakı bir neçə möveqələri vurulub.

Tel Rifat ərəblərin çoxluq təşkil etdiyi bölgədir. PKK-nın qolları bu ərazini üç ildir işğal altında saxlayır. Terrorçular Tel Rıfatdan başlayıb Menbiçədək uzanan xətti “Şəehba bölgəsi” adlandırırlar. Bu ərazilər arasındakı əl-Bab rayonu Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi “Fərat qalxanı” antiterror əməliyyatı nəticəsində azad edilib. Onlar hazırda bu ərazidə yerləşdiyindən terrorçular Tel Rıfat - Münbiç arasında əlaqəni qura bilmir.

PKK/YPG-PYD-nin işğalından sonra Tel Rıfat və ətraf ərazidən 250 min mülki sakin “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş bölgəyə köç edirlər.(report.az)

© AzNews.az