75 yaşlı kişi göldə batıb

25 Yanvar 2019 17:35 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllının Aşıqbayramlı kəndi ərazisində yerləşən göldə batdığı ehtimal olunan 1944-cü il təvəllüdlü Axundov Hacalı Qasım oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu H.Axundovun axtarışlarına cəlb olunub.

Vətəndaşın meyiti axtarış işləri nəticəsində aşkarlanaraq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

© AzNews.az