Əli Kərimli və tərəfdarları hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər - ŞƏRH

25 Yanvar 2019 17:59 (UTC+04:00)

Məhsul Stadionunda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq sonradan siyasi şouya döndərildi. Mitinqdən sonra qanunsuz yürüş keçirtmək cəhdi və ümumxalq hüzn günündə - 20 yanvar tarixində yaşanan olaylar bu insanların nəyə və kimə xidmət etdiklərini bir daha cəmiyyətə xatırlatdı. İndi isə yenidən öz çirkin əməllərinin davamını gətirmək üçün müxtəlif yollara baş vururlar.

Mövzuya dair bu və digər sualımızı hafta.az-a qhtxeber.az saytın baş redaktoru Sənan Nəcəfov şərh edib:

- Mən bu insanların mitinqə tutaq ki, 500, bəlkə də 700, lap uzağı 1000 nəfərin artıq gəldiyinə sevinməklərini, bunu uğur saymalarını gözəl anlayıram. Düşüncələrindəki “like” davasıdır, reallaşıb. Bu dəfə daha yaxşı mövzu, trend olan Mehman həştəqi öz işini gördü, Əli Kərimovun “like” sayı bir balaca çox oldu. Yazdığı statusdan asılıb qalan yeniyetmə kimi qürrələnən Əli Kərimovun bu halı çox miskindir. Çünki kütlə özünü “müxalifət” adlandıran barmaqla sayılacaq insanları real olaraq tanıyır. Bu dəfə aldanıb gedənlər, yekunda yenə məyus oldular. Deyilmişdi Mehmana azadlıq şüarı əsas olacaq, bir dəfə də olsun bu haqda danışılmadı. Hətta 2 ya 3 nəfərin əlində Mehmanın fotosunu gördük. Nə məlum olur? Demək, AŞPA-nın qış sessiyası çərçivəsində (21-25 yanvar 2019) insan haqları ilə bağlı keçirilən əlavə tədbir zamanı anti-Azərbaycan şəbəkəsi tələm-tələsik toplantı təşkil ediblər. Bəllidir ki, heç kim gəlməyib. Kimin nəyinə lazımdır, başqa fondların qrantı hesabına, mənasız və tutuquşu kimi təkrarlayan Eminin, Rəsulun söhətləri. Amma orada başqa məsələ var idi. Belə ki, şəbəkənin fəal üzvü Emin Hüseynov Azərbaycanda insan haqlarının pozulmasından, qardaşı Mehman Hüseynovun aclıq aksiyasından (həmin vaxt Mehmanla Əli Abdalov qucaqlaşıb, öpüşürdülər) danışanda, tədbirin təşkilatçılarından olan niderlandlı deputat, cinsi azlıqların tanınmış nümayəndəsi Piter Omtziq (Pieter Omtzigt) iştahla əlindəki buterbrodu dişinə çəkirdi. Çox maraqlı və mənalı hadisə idi. Yəni əslində Omtziq göstərirdi ki, Azərbaycanda insan haqları, həmçinin Mehmanın taleyi onun üçün əlindəki buterbroddan daha az əhəmiyyət daşıyır. Sadəcə, bu uydurulmuş ssenari Azərbaycana ləkə yaxmaq üçün fürsətdir, demək, ondan istifadə etmək lazımdır. Buterbrod yeyə-yeyə olsa da...

Bax eynən bu hadisə Mehmala bağlı təşkil olunan 19 yanvar mitinqidə də baş verdi. Kərimov Əli, Gültəkin və digər şoumenlər, çıxışları və özlərini aparmaları ilə göstərdilər ki, onlar üçün Mehman söhbəti holland Omtzigtin buterbrod yeməsi qədər əhəmiyyətsizdir. Emin isə sübut etdi ki, qarın qardaşdan hər zaman irəlidir.

Kütlə bilməyə bilər, çünki hər zaman auditoriya effekti (Zayonts effekti) mövcuddur, lakin cəmiyyət bunu gözəl anlayır.

Mən təəssüf edirəm ki, 26-na təyin olunan mitinqə icazə verilmədi. Kaş ki, verilərdi. Onda görərdiniz ki, bu 1 həftəlik kampaniya necə iflas olur. Bilirsiniz, insanları inandırmaq üçün mövcud texnikalar çoxdur. Neyromarketinqdən tutmuş NLP texnikalarına qədər sonsuz sayda təsir texnikaları sadalamaq olar. Amma kütləyə təsir mexanizmlərindən ən vacibi mental mesajla, verbal mesajın üst-üstə düşməsidir. Yəni, dediyinlə hərəkətin eyni olsun. Bunlar nə edirlər? Kərimov Əli ölkədə aclıqdan, imkansızlıqdan danışır, amma mitinqə bahalı xarici maşında, 6-7 mühafizəçi ilə gəlir. Gültəkin ah-nalə qurur, ağlayır, amma mitinqə brilyant qaşı onminlərlə ölüçülən zinyət əşyaları, geyimlə gəlir. Digərləri də elə. Çıxışlar isə fərqlənmir. Yeri gəlmişkən, maraqlı bir məqam var. Bu yaxınlarda bir türk NLP masterinin araşdırmasına baxırdım. O kütləyə təsir mexnizmlərindən danışırdı. Pafos, çağırış, alqışlarla dolu bir çıxışın mətnini vermişdi. İnanın, türkcə yazılmasaydı və konkret adlar çəkməsəydi, elə bilərdim Kərimov Əlinin çıxışıdır. O qədər oxşar, əttökən, primitiv. Sizcə mətn kimə məxsus idi? PKK lideri Öcalana. NLP Master kütləyə təsir texnikalarını izah etmək üçün belə manipulyatorların çıxışlarından sitat gətirir. Fikrim təxminən aydın oldu yəqin ki.

Mitinqlərin yanvarda keçirilmə səbəbi və ya müxalifətin payız-qış aktivliyinin səbəbinə gəldikdə isə çox məqam var. Hər dəfə yanvarda Azərbaycan Prezidenti Davosda dünyanın ali Forumuna qatılır. Prezident tərəfindən saysız-hesabsız görüşlər, danışıqlar, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və vətənimiz üçün olduqca əhəmiyyətli işlər görülür. Bu kimi və kimləri narahat edə bilər?

Bundan başqa AŞPA-nın qış sessiyası adətən yanvar ayının 20-25-nə təsadüf edir. Hər dəfə Azərbaycanı AŞPA-nın neqativ gündəminə salmaqda kimlər maraqlı ola bilər?

Nəhayət, Azərbaycanla Avropa İttifaqı arasından gözlənilən strateji tərəfdaşlıq haqda danışıqların növbəti vacib mərhələsi, Azərbaycanın bu masada güclü, bərabər və sözü kəsərli tərəfdaş kimi görünməsi kimlərə sərf etməz? Bu suallara cavab verənlərdən kimsə tək Qərb deyirsə, onların başqa işlə məşğul olması lazımdır.

Azərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində dediyi fikirləri təkrarlamaq istərdim:

“Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək. Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır”.
Cənab Prezident bu ölkədə ən məlumatlı adamdır. 2017-ci ildə bu fikirləri söylərkən bir çox mətləblərə aydınlıq gətirib. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər.

AzNews.az