Qazaxda 62 yaşlı qadını maşın vurdu

25 Yanvar 2019 19:44 (UTC+04:00)

Qazax rayonunda 62 yaşlı qadını avtomobil vurub.

Qazax şəhər sakini, 1957-ci il təvəllüdlü Xanım Əsgər qızı Abdullayevanı yolu keçərkən avtomobil vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Sol mil sümüyünün sınığı diaqnozu ilə müalicə alan qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az