Mingəçevirdə 53 yaşlı kişi intihar etdi

25 Yanvar 2019 20:46 (UTC+04:00)

Mingəçevir şəhərində 53 yaşlı kişi intihar edib.

Hadisə şəhərin Cəmil Əliyev küçəsi, ev 18, mənzil 17-də baş verib.

Belə ki, həmin mənzilin sakini, 1966-cı il təvəllüdlü İlqar Rəşad oğlu İsgəndərov özünü asaraq öldürüb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.

Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az