Zukerberq "WhatsApp", "Instagram" və "Facebook Messenger"i birləşdirməyi düşünür

25 Yanvar 2019 21:05 (UTC+04:00)

"Facebook" şirkətinin rəhbəri Mark Zukerberq şirkətə məxsus "Facebook Messenger", "WhatsApp" və "Instagram" sosial şəbəkələrini birləşdirməyi planlaşdırır.

Onun belə planları barədə məlumatlı şəxslər bildirib.

Mənbə bu prosesin ilkin mərhələdə olduğunu və 2019-cu ilin sonu və ya 2020-ci ilin əvəlləri üçün yekunlaşcağını bildirib.

Bildirilir ki, bu addım Zukerberqə "Facebook" ətrafında baş verən qalmqallar fonunda şirkət üzərində nəzarəti gücləndirməyə imkan verəcək. (trend)

AzNews.az