İtaliyada vertolyot təyyarə ilə toqquşdu: ölənlər və yaralananlar var

25 Yanvar 2019 21:35 (UTC+04:00)

İtaliyada vertolyot turist təyyarəsi ilə toqquşub.

Bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Valle-d Aosta regionunun səmasında baş verib. Qəza nəticəsində azı 4 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Hələlik hadisənin başvermə səbəbi barədə məlumat yoxdur.

Daha əvvəl İtaliyada polisin təqibindən qaçan sürücü qəza törədib. (report)

AzNews.az