Tanınmış şoumen 100 gündür ki, komadadır

25 Yanvar 2019 21:57 (UTC+04:00)

Ötən ilin oktyabrında hamamda yıxılaraq qabırğalarını sındıran şoumen Mehmet Əli Ərbilin komada olmasının 100-cü günüdür.

Aparıcının qızı Sezin Ərbil sosial şəbəkədə atasının səhhətindən yazıb:

“Bu gün xəstəxanada 100-cü günümüzdür. Sizə veriləsi yeni xəbərimiz yoxdur. Atam Allahın köməyi ilə zamanla yaxşılaşacaq. Çox çətin günlər keçiririk. Xəstə olan hər kəsə şəfa diləyirəm”. (qafqazinfo)

AzNews.az