12 yaşlı uşaq tanınmış boksçunu güllələdi

26 Yanvar 2019 00:53 (UTC+04:00)

ABŞ-ın Texas ştatında 24 yaşlı məşhur boksçu Con Vantemer evində güllələnib.

İdmançı 12 yaşlı uşaq tərəfindən öldürülüb. Sevgilisi ilə evində dincələn Con kiminsə qapını açmağa çalışdığını eşidib. Nə baş verdiyini öyrənmək üçün qapıya yaxınlaşan Con 12 yaşlı uşağın açdığı atəşlə başından yaralanıb. Boksçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda yeniyetmə yetkinlik yaşına çatmayanların nəzarət mərkəzindədir. (qafqazinfo)

AzNews.az