25 yaşlı qadın dəm qazından zəhərləndi

26 Yanvar 2019 01:25 (UTC+04:00)

Samux sakini dəm qazından zəhərlənib.

Rayonun Alıuşağı kənd sakini, 1994-cü il təvəllüdlü Mehdiyeva Nuranə Müzadil qızı yaşadığı evin vanna otağında olan zaman dəm qazından zəhərlənib.

O, dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin normal olduğu bildirilir. (qafqazinfo)

AzNews.az