“Mançester Yunayted” “Arsenal”ı məğlub etdi - növbəti mərhələyə adladı

26 Yanvar 2019 09:15 (UTC+04:00)

İngiltərə Kubokunun 1/16 final mərhələsinin mərkəzi qarşılaşması keçirilib.

Meydana iki iddiaçı klubun – “Arsenal” və “Mançester Yunayted”in komandaları çıxıb. Görüş “qırmızı şeytanlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted”in heyətində Aleksis Sançes (31), Cesi Linqard (32) və Anronio Marsial (82) fərqləniblər.

“Arsenal”ın yeganə qolunun müəllifi isə Aubameyanq (43) olub.

Bu qələbədən sonra “Mançester Yunayted” 1/8 final mərhələsinə vəsiqə qazanıb.