Türkiyədə 43 PKK-lı öldürüldü

26 Yanvar 2019 09:29 (UTC+04:00)

Türkiyənin Silahlı Qüvvələri yanvarın 18-dən 25-dək ölkə ərazisində və onun sərhədlərindən kənarda 43 terrorçunu zərərsizləşdirib.

"Anadolu" agentliyinə istinadən xəbər verilir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, zərərsizləşdirilənlər arasında silahlıların bir rəhbəri də var.

PKK terrorçularına qarşı əməliyyat Diyarbəkir, Şırnak, Muş, Bitlis, Mardin vilayətlərində, həmçinin İraqın şimalında aparılıb.

Əməliyyatlar zamanı terrorçuların 38 atəş nöqtəsi, sığınacağı, silah anbarı məhv edilib. Terrorçulardan 8 tüfəng, 8 əl qumbarası, 23 əldəqayırma partlayıcı qurğuvə digər sursatlar müsadirə edilib.

Daha əvvəl bildirilib ki, Türkiyənin Silahlı Qüvvələri 23 terrorçunu zərərsizləşdirib. (Report)