Tramp sərhəd divarını inşa etdirəcək - Ağ Ev

26 Yanvar 2019 09:46 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampdemokratların mövqeyindən asılı olmayaraq, müvəqqəti büdcədən sonra Meksika ilə sərhəddə divarın tikintisinə başlamaq niyyətindədir.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sara Sanders bildirib.

"Prezident demokratlarla və ya onlarsız 21 gün sonra divarın tikintisinə başlayacaq. Həll edilməli yeganə məsələ bundan ibarətdir – demokratlar nəsə almaq istəyirlərmi, yoxsa heç nə?", - deyə Sanders "Twitter"də yazıb.

Tramp federal idarələrin 35 günlük fasiləsindən sonra ötən ğün büdcəni 3 həftəlik imzalamağa razılaşıb. Büdcədə Trampın tələb etdiyindən fərli olaraq Meksikayla sərhəddə divarın inşasına vəsait ayrılmayıb.

Daha əvvəl bildirilib ki, ABŞ rəsmiləri amerikalı hərbçilərin Meksika ilə sərhəddə yerləşdirilməsi müddətini 2019-cu ilin sentyabr ayına qədər uzatmağa qərar verib. (Report)