Arvadına 7 bıçaq zərbəsi - Xəyanətə görə...

26 Yanvar 2019 09:48 (UTC+04:00)

Sumqayıt sakini arvadınl bıçaqladığına görə həyatının bir neçə ilini həbsxanada keçirdikdən sonra azadlığa çıxmaq istəyir.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə məhkum olunan Muradov Ədalət Fərəc oğlunun məhkəmə prosesi 30 yanvar tarixində Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə 15 yanvar 2014-cü ildə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində baş verib. Fərəc Ədalət oğlu Muradov həyat yoldaşı Cəmilə Muradovaya 7 bıçaq zərbəsi endirib. F.Muradov həyat yoldaşının ona xəyanət etdiyini deyib və hərəkətini bununla əsaslandırıb.

2014-cü ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərəc Muradov 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Azər
AzNews.az