Əri Alişanla Çağla Şikelin yeni kolleksiyasını görməyə gələn Buse Varol çəkisinin artmasından danışıb: “23 kilo kökəlmişəm. Ayaq ölçüm 41 olub. Yaya kimi inşallah ayaq nömrəm düzələr və yeni kolleksiyanı sınayaram”.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əri Alişanla Çağla Şikelin yeni kolleksiyasıını görməyə gələn Buse Varol diqqət mərkəzində olub.
Alişan çəki haqda dediyi: “Dünyanın ən artıq çəkili doğulan uşağı 18 kq olub. Düşünürəm ki, həmin yoldayıq” sözləri Buse Varolu əsəbləşdirib. Həyat yoldaşını öpərək könlünü alan Alişan: “Fevralın 1-dən etibarən hər an doğula bilər və mənim 3 konsert proqramım var. “Səhnədə olmadığım bir gün doğul, oğlum” – sözlərini hər gün deyirəm. İnşallah, burada olacağam, doğuma da girmək istəyirəm”- deyərək Alişan həyəcanını dilə gətirib.
Səidə Nurməmmədli
AzNews.az