Azərbaycanda lotereya biletlərini bu şirkətlər satacaq - Adlar

26 Yanvar 2019 10:38 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC-nin lotereya biletlərinin satışının təşkili xidmətinin satın alınması ilə bağlı ötən il dekabrın 25-də elan etdiyi açıq tenderin nəticəsi açıqlanıb.

Tenderin qalibləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC, eləcə də “Lotto Yayım” və “Mobil Loto” MMC-lər, “Azərinteltek” QSC olub.