Əfsanəvi bəstəkar vəfat etdi

26 Yanvar 2019 11:32 (UTC+04:00)

Dünya şöhrətli fransız bəstəkar, pianoçu, dirijor, müğənni Mişel Leqran 86 yaşında dünyasını dəyişib.

AzNews.az Le Monde nəşrinə istinadən xəbər verir ki, bu xəbəri onun mətbuat katibi təsdiq edib.

Əfsanəvi musiqiçi üç "Oskar" və beş "Qremmi" və bir "Qızıl Qlobus" mükafatı qazanıb.

O, 1932-ci il fevralın 24-də Parisdə anadan olub. Musiqi istedadı ona atası Raymon Leqrandan keçib. Paris konservatoriyasında təhsil alıb.

Ötən əsrin 60-cı illərində Britaniya və Hollivud kino sənayesində çalışmağa başlayıb.

Bütün dünyada 1964-cü ildə çəkilmiş "Şerbur çətirləri" musiqili melodraması ilə məşhurlaşıb.

Fəridə Abdulla

AzNews.az