Paşinyan xahiş etdi, Medvedev onu qəbul etdi

26 Yanvar 2019 12:01 (UTC+04:00)

Rusiyanın Baş naziri Dmitri Medvedev Moskvada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Yerevan rəsmisinin xahişi ilə görüşüb.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Ermənistan iqtisadi-ticarət əməkdaşlığa və qarşılıqlı münasibətlərə dair başqa aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb.

Xatırladaq ki, yanvarın 25-də Nikol Paşinyan Rusiyaya birgünlük işgüzar səfər edib. (Report)