Bakıda ailə faciəsi: Ana və 3 övladı dəm qazının qurbanı oldu...

26 Yanvar 2019 12:44 (UTC+04:00)

Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.

AzNews.az-ın məlumatına görə, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib. Ana və üç uşağı dəm qazından boğularaq ölüb.

Məlum olub ki, 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı – 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

Azər
AzNews.az