Sahil Babayev “Sosial fond”un sədrini işdən çıxardı

26 Yanvar 2019 12:58 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Zakir Babayev işdən çıxarılıb.

Z.Babayev bu vəzifəyə Elman Mehdiyevdən sonra gəlmişdi.

Onun işdən kənarlaşdırılması isə bir neçə gün əvvəl olub.

Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov da təsdiqləyib.

Onun sözlərinə görə, hazırda bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İcra Aparatının Sosial Təminat Siyasəti şöbəsinin müdiri Himalay Məmişov icra edir. (Oxu.az)