Millət vəkillərimiz AŞPA qrupunun vitse-prezidentləri seçiliblər

26 Yanvar 2019 17:11 (UTC+04:00)

Trend-in məlumatına görə, Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 4 nəfər seçilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi yenidən qrup tərəfindən yekdilliklə dəstəklənib.

Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.

AzNews.az