Qaraçuxurda silah-sursat tapılıb

26 Yanvar 2019 18:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda DİN Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.